Kiril Qaburiç istefa verdi – Saxta diplom qalmaqalından sonra
12-06-2015 14:10 / Bu xəbər 1118 dəfə oxundu
Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir özü Kişinyevdə keçirdiyi mətbuat-konfransında deyib:
"Mənim jestim geri çəkilmək deyil, bir addım irəli addım atmaq deməkdir. Ümid edirəm ki, bu, parlamentdə yeni hakim çoxluğu formalaşdırmağa şərait yaradacaq”.
Qeyd edək ki, yerli jurnalistlərin apardığı araşdırma nəticəsində Azercell”in keçmiş prezidenti Kiril Qaburiçin təhsil haqda sənədlərinin saxta olduğu üzə çıxmışdı. Belə ki, 38 yaşlı baş nazirin ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirdiyi, yəni natamam orta təhsil aldığı məlum olmuşdu. Bu isə ölkədə böyük siyasi qalmaqal yaratmışdı.
Arqument.Az












