“Mastercard” və “CinemaPlus” strateji tərəfdaşlıq elan edib

“Mastercard” və “CinemaPlus” strateji tərəfdaşlıq elan edib

27-02-2024 14:51 / Bu xəbər 978 dəfə oxundu

Ödəniş sənayesinin qlobal texnologiya lideri "Mastercard” və Azərbaycanın premium kinoteatrlar şəbəkəsi "CinemaPlus” innovativ strateji tərəfdaşlıq elan edib. 

Bu əməkdaşlığın mühüm nəticəsi kimi "CinemaPlus” ödəniş innovasiyaları ilə birlikdə kino təcrübələrinin yeni dövrünü simvolizə edən "CineMastercard” kimi rebrendinq olunub. Yəni "CinemaPlus” adını dəyişərək "CineMastercard” olub. 

"Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalovun sözlərinə görə, bu əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. 

Məqsəd insanların kinoteatra getmək təcrübəsini artırmaq, onu daha faydalı və əlçatan etməkdir: "Kino "Mastercard” üçün mühüm maraq nöqtəsidir və biz kino ekosistemi daxilində istehlakçılara dəyərli təcrübələr təqdim etməyi hədəfləyirik”. 

"CinemaPlus”un adını dəyişməsi qərarı hər iki qurum arasında strateji uyğunlaşmadan qaynaqlanıb. 

"Mastercard”ın qabaqcıl ödəniş həlləri yaratmaq təcrübəsi "CinemaPlus”un görkəmli əyləncə təcrübələrini təmin etmək missiyasına uyğundur. 

Bundan əlavə, "Mastercard” kart sahiblərini xüsusi sövdələşmələr, prioritet nümayişlər və "CineMastercard” məkanlarında üstünlüklər gözləyir. 

Kart sahibləri il ərzində bütün bilet, yemək və içki alışlarında 10% endirim əldə edə biləcəklər.

Eyni zamanda, kart sahibləri "Mastercard”ın qlobal miqyasda sponsorluq etdiyi Kann, Berlinale və Venesiya film festivalları kimi kino tədbirləri ilə bağlı unikal kampaniyalardan faydalanacaqlar. 

Kart sahiblərini ilboyu eksklüziv təkliflər gözləyir. 

Gələn aydan start götürəcək ilk kampaniya çərçivəsində şanslı cütlük Kann Film Festivalına getmək fürsəti əldə edəcək. 

Onlar məşhurlarla qırmızı xalıda gəzəcək festival tədbirlərini izləyəcək, xüsusi toplantı və şənliklərdə iştirak edəcəklər. 

Bu yeniliklərlə bağlı keçirilən tədbirdə "Madam Veb” fantastik filmi nümayiş olunub. 

Filmdə Cənubi Koreyanın "CJ 4DPLEX" şirkəti tərəfindən hazırlanmış unikal "ScreenX" texnologiyasından istifadə edilib. 

"ScreenX" - 270 dərəcə baxış bucağı ilə filmdən həzz almağa imkan verən tamamilə yeni texnologiyadır.

Ülviyyə