Müdafiə xərcləri 10 ilin ən aşağı səviyyəsinə enir: çıxış yolu nədir?
03-10-2016 11:01 / Bu xəbər 1588 dəfə oxundu
"Gələn il müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyədə olacaq. Çıxış yollarından biri ordu vergisinin tətbiq edilməsi ola bilər".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu öz şərhində deyib.
Qubad İbadoğlunun sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsinin ən zəif həqləsi müdafiə büdcəsi hesab oluna bilər: "Çünki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici, son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir".
Ekspert bildirib ki, regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi indiki şəraitdə Azərbaycanın müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurur: "Eyni zamanda nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdə, həmçinin silahlı qüvvələrin müdafiə qabliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır. Belə bir şəraitdə müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısını almaq üçün çıxış yollarından biri gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər. Fikrimizcə, bu vergi növü əməyin ödənilməsi fondundan (1-2 faiz) şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır ki, onlar xərləri ilə gəlirlərini tarazlaşdıra bisinlər. Yeri gəlmişkən qeyd edim ki, müharibə şəraitində olan bir çox ökələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur".
Arqument.Az












