Mehriban Əliyeva açılışda çıxış etdi

Mehriban Əliyeva açılışda çıxış etdi

12-06-2015 23:50 / Bu xəbər 2316 dəfə oxundu

Bakıda I Avropa Oyunlarının təntənli açılış mərasimi keçirilir. 

"Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın birinci xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda çıxış edir. 

O, bütün qonaqları salamlayaraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən məmnun olduğunu dilə gətirib:

"Mən Oyunlar ailəsinə, bizə dəstək olan hamıya təşəkkürümü bildirirəm. Bizim bu oyunlara hazırlaşmaq üçün yalnız 2 il vaxtımız var idi. Amma yüksək səviyyədə bu işin öhdəsindən gəldik. Mən bu oyunlara qəlbən bağlı olan, könüllülüklə təşkilat işlərinə yardım edən hər kəsə təşəkkür edirəm. Sülhü, əmin-amanlığı qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiz!”.