Mərkəzi Bank uçot dərəcəsini niyə qaldırdı? - ŞƏRH

Mərkəzi Bank uçot dərəcəsini niyə qaldırdı? - ŞƏRH

12-09-2016 12:48 / Bu xəbər 1569 dəfə oxundu

Neftin ucuzlaşması səbəbindən daxili iqtisadi böhran başlayıb.

Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert bildirib ki, qlobal maliyyə böhranı başlayanda Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə (15%) idi: "Mərkəzi Bank qlobal böhranın Azərbaycana təsiri azaltmaq üçün 13.10.2008-dən başlayaraq 24.05.2009 tarixinə kimi, yəni 7 ay ərzində mərhələlərlə - 6 dəfəyə uçot dərəcəsini 2%-ə endirdi".

Samir Əliyevin fikrincə indi neftin ucuzlaşması səbəbindən daxili iqtisadi böhran başlayıb: "Uçot dərəcəsi əvvəlcə 3,5%-dən 3%-ə (30.07.2014) endirilsə də, 15.02.2016 tarixdən başlayaraq dünənki tarixə qədər 5 dəfə artım olub və uçot dərəcəsi yenidən ən yüksək həddə - 15%-ə qaldırılıb.Hər iki addımın əsas səbəbi inflyasiya olub. Birinci halda illik inflyasiya səviyyəsi 20,8%-dən 1,5%-ə düşmüşdü. İkinci halda isə 1,4%-dən 10,6%-ə yüksəlib".

Arqument.Az