Milli Məclisin buraxılması haqqında qərar qəbul edildi
28-11-2019 12:38 / Bu xəbər 1791 dəfə oxundu
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması haqda qərar qəbul edilib.
Qafqazinfo-nun xəbərinə görə, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.
29 noyabrda isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.
Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.
Milli Məclisin buraxılması üçün Prezident YAP-ın qərarını qəbul etməlidir.