Moskvaya 32 PUA hucum edib –19-u vurulub

Moskvaya 32 PUA hucum edib –19-u vurulub

30-05-2023 11:23 / Bu xəbər 811 dəfə oxundu

Moskvaya PUA-lara hücum təşkil edildiyi bildirilir.

Bu barədə Rusiyanın "teleqram" kanalları məlumat yayıb.

Bildirilir ki, hücum üçün ümumilikdə 32 PUA-dan istifadə edilib.

Məlumatda deyilir ki, 19 PUA Rublyovka, Krsnoqorsk rayonu, İstra rayonu, Yeni Moskva, Areleyevka, Vlasixa məntəqələri üzərində göydə vurulub.

10 PUA-nın ağaclara ilişərək Odintsovo rayonu ərazisində yerə düşdüyü deyilir. 

3 PUA-nın isə Lenen prospekti, Profsoyuznaya və Atlasov küçəsində  yaşayış binasına düşdüyü iddia olunur. 

Məlumatda bildirilir ki, hücumla bağlı araşdırmalar aparılır.

Rusiya və Ukrayna tərəf PUA hücumu ilə bağlı rəsmi məlmat yaymasa da, sosial şəbəkədəki məlumatlarda Kiyev günahlandırılır.