Mübariz Mənsimov "Xəzər Lənkəran"a büdcə ayırdı, tapşırıq verdi
12-02-2024 00:38 / Bu xəbər 1911 dəfə oxundu
"Xəzər Lənkəran" Mərkəzi Stadionu təmirə bağlanıb.
"Sportinfo.az" xəbər verir ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə start verilib.
Bunun üçün böyük miqdarda vəsait ayrılıb. Təmirin sifarişçisi "Xəzər Lənkəran"-ın yaradaçısı Mübariz Mənsimovun şirkətidir.
Türkiyədə yaşayan iş adamı uzun müddətdən sonra stadionun vəziyyəti ilə maraqlanıb və onun acınacaqlı hala düşməsini biləndən sonra bu işlərə start verilməsini tapşırıb.
"Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb.
Ötən müddət ərzində "Fırtınılar meydanı" Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun ümidinə qalıb.
O isə buranı demək olar dağıdıb. Pula gələn nə varsa, hamısını dəyər-dəyməzinə satıb.