Müəllimlər, tələbələr və redaktorlar üçün yeni monoqrafiya
01-06-2023 17:16 / Bu xəbər 1628 dəfə oxundu
Təhsil eksperti Nabatəli Qulamoğlunun dilçiliklə bağlı yeni kitabı nəşr olunub.
"Durğu işarələrindən istifadənin xüsusi halları" adlanan bu kitabda 300-ə yaxın ən çətin suallara cavab tapmaq olar.
Kitab aprel ayında nəşr olunub, bu gün isə elektron versiyası (pdf) internetə yerləşdirilib.
Monoqrafiya müəllimlər, tələbələr və media təmsilçiləri, xüsusən də redaktorlar üçün əyani vəsaitdir.
Bu kitab Nabatəli Qulamoğlunun punktuasiya problemləri ilə bağlı 4-cü kitabıdır.
Bundan əvvəl "Müasir Azərbaycan dilinin bəzi aktual problemləri", "Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri”, "Müasir Azərbaycan dilinin normativ punktuasiyası" adlı kitabları nəşr olunub.
Kitab Azərbaycan Pedaqoji Universitetinin Tədris Metodik Şurasının qərarı ilə çap olunub.
"Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımovdur.