Mövludun növbəti kitabı

Mövludun növbəti kitabı

16-08-2024 01:56 / Bu xəbər 887 dəfə oxundu

Bu gün Mövlud Mövludun 35 yaşı tamam olur.

Bu münasibətlə "Fayton" yayınları onun yazılarından ibarət növbəti kitabını çap edib. 

Bu barədə məlumatı "Fayton" yayınları "Feysbuk" səhifəsində yayıb.

Məlumatda deyilir: "Yazıçını dərin hörmətlə anaraq yubileyinə ithafla publisist yazılarından ibarət kitabını hazırladıq: "Mövlud belə deyirdi..."
Kitabın hazırlanmasında zəhməti keçənlər:
Naşir: Yusif İlhamoğlu 
İdeya müəllifi: Dilqəm Əhməd
Tərtibatçı, redaktor: Yaralı Bəxtiyar 
Dizayner: Nuray Rəşad
Qeyd: Kitabın satışı olmayacaq. 
Təqdimat Qazax rayonunda olacaq.