Navalnıya 30 sutka həbs cəzası verildi
18-01-2021 18:32 / Bu xəbər 900 dəfə oxundu
Hökmü Ximkax məhkəməsi çıxarıb
Rusiyalı bloger Aleksey Navalnı yanvarın 18-də 30 sutka inzibati cəza alıb.
Məlumatı onun vəkili Vadim Kobzev jurnalistlərə deyib.
Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” hava limanında saxlanılıb.
Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub.












