“Neftçi”, “Zirə” və “Qəbələ” Konfrans Liqasına məğlubiyyətlə başladı

“Neftçi”, “Zirə” və “Qəbələ” Konfrans Liqasına məğlubiyyətlə başladı

22-07-2022 00:09 / Bu xəbər 1069 dəfə oxundu

Üç klub turnirdə mübarizəyə start götürüb

İyulun 21-də UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanın üç klubu turnirdə mübarizəyə start verib. "Zirə” Bakıda İsrailin "Makkabi” (Təl-Əviv), "Neftçi” Kiprdə yerli "Aris” , "Qəbələ” isə Macarıstanda bu ölkənin "Fehervar” komandası ilə qarşılaşıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə” "Makkabi”yə böyük hesabla uduzub. 

Bir həftə sonra İsraildə keçiriləcək cavab oyununda 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq lazım gələcək.

"Qəbələ” də "Fehervar”la görüşdən böyükhesablı məğlubiyyətlə ayrılıb – 1:4.

"Neftçi” Kipr səfərində böyük hesabla uduzmasa da, "ağ-qaralar” da ilk oyunda məğlub olub. 

Bakıda 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq, Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaq o qədər də asan olmayacaq.

Azərbaycan klubları UEFA Konfrans Liqasında cavab oyunlarını iyulun 28-də keçirəcək.