Nigar Qardələnin “Cənnət Quşu” satışda
15-04-2024 00:08 / Bu xəbər 2740 dəfə oxundu
Gənc yazar Nigar Qardələnin "Cənnət Quşu” adlı ilk romanı nəşr olunub.
"Pan nəşriyyat”nda nəşr olunan romanda iki gəncin sevgi və yaşantılarından bəhs edilir.
Yazıçı "Cənnət Quşu” romanında kiçik bir kəndə psixoloq kimi işləməyə gələn Xanım Süleymanovanın başına gələn hadisələrdən söz açır.
İlk baxışda həmin kəndə gəlməsi təsadüf kimi görünsə də, romanın sonrakı gedişindən məlum olur ki, bu hadisə bir çox zərurət zəncirini özündə daşıyır.
Əsərdə insanlara aşılanan və toxunulmaz elan edilən mental dəyərlər də sorğulanır.
Murad və Xanımın sevgi hekayəsi üzərində qurulan əsərdə ziddiyyətli məqamlar da əskini tapıb.