Nobelli yazıçı dünyasını dəyişdi

Nobelli yazıçı dünyasını dəyişdi

13-04-2015 15:11 / Bu xəbər 2040 dəfə oxundu

Məşhur Alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişib. 

APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, yazıçı aprelin 13-də 87 yaşında vəfat edib. 

G. Qrass 2012-ci ildə İsrailin İrana qarşı siyasətini sərt tənqid etdiyinə görə, İsrail onu anti-semitizmdə ittiham edərək, “persona non grata” elan etmişdi.  

Qeyd edək ki, G. Grass 1927-ci ildə anadan olub. Yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə yazdığı “Tənəkə təbil” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Siçovul”, “Mənim yüz ilim”, “İblisin gündəliyindən” və s. məşhur romanların müəllifidir.

Arqument.Az