"Novaya qazeta"nın baş redaktoruna Nobel mükafat verildi

08-10-2021 19:33 / Bu xəbər 1367 dəfə oxundu

Qəzet təsis ediləndən bəri altı jurnalisti öldürülüb

Rusiyanın müstəqil qəzeti "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratov və filippin əsilli amerikalı jurnalist Mariya Ressaya Nobel Sülh Mükafatı verilib.

Nobel Sülh Komitəsinin məlumatında jurnalistlərə mükafat "ifadə azadlığını qorumaq cəhdlərinə görə” verildiyi bildirilir.

"Novaya qazeta" yarandığı 1993-cü ildən etibarən korrupsiya, polis zorakılığı, qanunsuz həbslər, seçki manipulyasiyası, Rusiya daxilində və xaricində rus qoşunlarının istifadəsinə qədər müxtəlif mövzularda tənqidi məqalələr dərc edib.

Qəzetin təsis edilməsindən bəri Rusiyada korrupsiya, Çeçenistanda insan haqları pozuntularından yazan Anna Politkovskaya daxil olmaqla altı jurnalist öldürülüb.

Dmitri Muratov Nobel Mükafatını qəzetin öldürülən jurnalistlərinə ithaf etdiyini deyib.

Mariya Ressa Nobel mükafatı alan ilk filippinlidir

58 yaşlı Mariya Ressa Filippin əsilli ilk Nobel mükafatçısıdır.

CNN telekanalının Cənub-Şərqi Asiya bürosunun aparıcı tədqiqatçısı olub.

Flippin Prezidenti Rodriqo Duterte hakimiyyətinə qarşı olan "Rappler” media şirkətinin rəhbəridir.

Nobel Sülh Mükafatı ölkələr arasında qardaşlıq üçün çox və yaxşı işlər görüşmüş şəxslərə və təşkilatlara verilir.
 

Mənbə: The Nobel Prize"

Mükafat 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.

Mükafat qızıl medal və 1.14 milyon dollardan ibarətdir.

Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.

İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin Mərkəzi Bankı - Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib.

1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.

İqtisadiyyat üzrə Nobelin builki qalibi oktyabrın 11-də məlum olacaq.///Meydan TV