O quş mənim ruhumdur, Röya!
12-01-2015 13:13 / Bu xəbər 2108 dəfə oxundu
Pəncərə açıq idi. Narın-narın yağış yağırdı.
Röyanın gözləri yol çəkirdi, düşünürdü o gələcək. Bir neçə saat pəncərənin önündə dayanıb yağan yağışa baxırdı. Gözünün önündən yaşadığı xatirələr keçir, ötənləri xatırlayırdı.
Pəncərənin pərdəsi yellənir, bir quş həsrətlə boynunu büküb pəncərənin küncündən durub içəri boylanırdı. O quşu görüb düşünürdü ki, nə isə xəbər gətirib. Bir qədər fikirini quşa yönəltdi. Onunla öz-özünə söhbət edib danışmağa başladı. Necə ki nağıllarda quşun ayağına kağız parçası bağlayıb butasına xəbər göndərən aşiqlər kimi. Röya quşa xatirələrini danışıb butasına çatdırmağını istəyirdi, sanki nağıllardakı kimi. Bir qədərdən sonra o yatağa keçdi, meh həzin-həzin əsirdi. Pəncərədən əsən meh onu daha dərindən düşündürüb, kövrəltmişdi. Hava qaralmışdı, meh davamlı əsirdi.
Pəncərənin küncündə duran quş dimdiyinlə pəncərəni taqqıldadır, onun yuxusunu ərşə çəkirdi. Quşun taqqıltısı davamlı-davamlı gəlirdi.
Yağış şiddətli yağmağa başlamışdı. Bu quş sanki Röyanı bir ömür boyu izləyib onun tənhalığını hiss edib pəncərənin önünə qonur, onunla söhbət edir, xatirələrini təzələyirdi. Nədənsə Röya quşu pəncərənin önündə görməyəndə çox kədərlənirdi. Onun gecələr quşla şirin-şirin söhbəti, hər gecəni ötənlərə qaytarmağı xatirələrin təzələnməyinə səbəb olurdu.
Astaca Röya yatağından duraraq pəncərənin önünə keçdi. Pəncərəni bağlamaq istəyirdi ki, qapı döyüldü.
O anda qapının səsi quşu uçurtdu.
Asta-asta qapıya doğru yaxınlaşdı. Gecə yarı idi, Röya qapını açdı, onu evə dəvət etdi. Onlar ötənlərə qayıdıb xatirələrdən danışdılar. Nədənsə, Röya danışdıqca fikirə dalıb, damla-damla göz yaşı kipriyinin üstündə durmuşdu.
O, bir anlığa başını qaldırıb Röyanın kipriyindəki yaşı görəndə əlləri ilə yaşı silib saçını sığalladı:
– Səni bir ömür boyu izləyən, o quş mənim ruhumdur, pəncərənin küncündən gecələr səninlə ötənləri xatırlayıb, xatirələrdən danışıram.
Hiss edərəm üzündəki kədəri, ayrılığın acılarını, yaşadığını. Necə ki səninlə tanışlığımız qış fəslinə təsadüf etmişdi, bu gündə yenidən, o günə təsadüf etdi. Bax səninlə qovuşmağım, küçələrin narın yağışına, kədərə bürünməsi gözünün yaşının əksidir.
Dəyişən saçlarındır, dümağ ağararıbdır, nədən Röya, nədən?
Azər Allahverdiyev












