"OBA”da alınan yulafdan həşəratlar çıxdı

12-05-2023 17:20 / Bu xəbər 1869 dəfə oxundu

Yeni Salyan yolu 20 ünvanındakı binanın ("Jurnalistlər evi”) həyətində fəaliyyət göstərən OBA marketdə istifadə müddəti bitmiş yulaf satışa çıxarılıb.

"Pravda.az"a göndərilən şikayətdə bildirilib ki, istehsalçısı "ELHAY” MMC olan yulafın içindən canlı həşəratlar çıxıb.

İstifadə müddəti 2 avqust 2022-ci ildə bitsə də, OBA marketin sözügedən filialında həmin məhsul hələ də satışdadır.

OBA marketlər şəbəkəsi məsələyə münasibət bildirməyib.