Paşinyan: “"KTMT-yə düşünmək üçün vaxt veririk”

Paşinyan: “

16-11-2023 02:26 / Bu xəbər 1558 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-də parlamentdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantılarında iştirak etməməsinin səbəblərindən danışıb.

O deyib ki, Ermənistan KTMT-nin iclasında iştirakdan imtina etməyib, müxtəlif səbəblərdən iştirak etməmək qərarına gəlib.

Paşinyan onu qeyd edib ki, KTMT mövcud öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb: "İctimaiyyətimiz üçün başa düşülən deyil ki, niyə hər dəfə gəlib, eyni şeyi təkrar edirik, heç bir cavab almadan da çıxıb gedirik”.

Onun sözlərinə görə, KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir. Bu da belə bir qənaət gətirib çıxara bilər ki, Yerevan bu şəraitdə səssizcə iştirak etməklə, ərazi bütövlüyü və suverenliyini şübhə altına qoya bilər: "Biz bunu özümüzə rəva görə bilmərik. Ona görə KTMT-yə düşünmək üçün vaxt veririk”.

Amma Baş nazir KTMT-dən çıxmaq üçün zəmin hazırlamadığını da bildirib: "Çünki hazırlığımızdan asılı olmayaraq, bunun üçün əsas ya var, ya da yoxdur”.

Ermənistanın Baş naziri yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını da deyib: "Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyiləm, əks halda bu, uyğunsuzluğa səbəb olacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Baş nazir Nikol Paşinyan bu haqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında bildirib.