Paşinyan Türkiyəyə kömək təklif edib
06-02-2023 18:35 / Bu xəbər 925 dəfə oxundu
Türkiyə və Suriyada baş verən və çoxlu sayda insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi kədərləndirdi.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Twitter"də bildirib.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”, – o əlavə edib.












