Pele öldü
29-12-2022 23:23 / Bu xəbər 2475 dəfə oxundu
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.
Xəbəri "Assosiated Press” agentliyi məlumat yayıb.
Pele noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilib.
1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur.
O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub.
Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib.
Pele karyerası ərzində vurduğu 1279 qolla Ginnessin "Rekordlar” kitabına düşüb.