Peleyə görə 3 gün matəm elan olundu
30-12-2022 14:14 / Bu xəbər 3144 dəfə oxundu
Prezident Jair Bolsonaro bu haqda sərəncam imzalayıb
Braziliyada keçmiş futbolçu Pelenin (Edson Arantes do Nasimento) vəfatı ilə əlaqədar üç günlük matəm elan edildiyi bildirilir.
Xəbri TASS Agentliyi yayıb.
Bildirilir ki, Braziliyanın hazırkı Prezidenti, səlahiyyət müddəti 2023-cü il yanvarın 1-də başa çatacaq Jair Bolsonaro bu haqda sərəncam imzalayıb.
"Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilsin”, – sərəncamın mətnində deyilir.
Pele dekabrın 29-da vəfat edib.
82 yaşlı veteran futbolçu 2022-ci ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.
Karyerası ərzində 1279 qolla "Ginnessin rekordlar kitabı”na düşüb.