Putin necə “jurnalist” oldu…

Putin necə “jurnalist” oldu…

16-07-2021 12:34 / Bu xəbər 3684 dəfə oxundu

Huseynbala Səlimov

Artıq üçüncü gündür ki, ən müxtəlif media strukturları Rusiya prezidentinin Rusiya-Ukrayna münasibətləri, ruslarla ukraynalıların "birliyi” haqqındakı məqaləsindən danışır və yazırlar.

Etiraf edim ki, hər dəfə Rusiya prezidentinin növbəti yaradıcılıq "azarı”na tutulduğunu eşidəndə özümüzü təəccübdən, bəzən hətta ironik gülüşdən zorla saxlayırıq.

Məsələ bundadır ki, Rusiya prezidenti siyasətə akademik sferadan gəlməyib. Məsələn, bir vaxt mərhum Yeqor Qaydar məqalə və hətta kitab yazarkən buna təəccüblənmirdik. Hətta Rusiyanı çapıb-talayan Anatoli Çubays monitor qarşısında əyləşərkən buna dözümlü yanaşır və bundan dilxor olmurduq.

Vladimir Putin tamam başqa məsələdir. O hərbçidir və öz karyerasına ölkənin xüsusi xidmət orqanlarında fəaliyyyətdən başlaylb. Əlbəttə, kəşfiyyat adamları, yumşaq şəkildə desək, qeyri-ordinar adamlar olur, onlar başqalarından qeyri-adi yaddaşları, yaxşı müşahidə qabiliyyəti və heç nəyi nəzərdən buraxmamaq kimi keyfiyyətlərilə, gözəl yaddaşları və sözsüz, analitik təfəkkürlərilə fərqlənirlər. Amma kəşfiyyatçılar haqqında az yazırlar və onlar özləri də az yazmağı və danışmağı sevirlər.

Putini yazmağa vadar edən motivlər də az maraq kəsb etmir. Məsələ bundadır ki, Rusiya prezidenti auditoriya axtarır ki, özünün Rusiya–Ukrayna münasibətləri haqqında fikirlərini bölüşsün. Normand formatı çox ləng strukturdur, üstəgəl, hətta ABŞ prezidentilə görüş də bundan elə də fərqlənmədi,- belə ki, Ukrayna məsələsi görüşün prioritet məsələsi olmadı. 

Ukrayna prezidenti məsələyə düzəliş verməyə çalışdı, amma Bayden Putinlə görüşdən əvvəl Zelenskini qəbul etməyə razı olmadı. Nəhayət, Putin istəyir ki, daha çox adam onun Ukrayna ilə bağlı "fikir”lıərilə tanış olsun...

Putinin məqaləsinin məzmununa gəldikdə isə, belə bir Azərbaycan deyimi var: mən səni "sevəcəm”, sən sevməsən də...

Aydın məsələdir ki, ukraynalılar, ruslar və belaruslar ümumi slavyan köklərinə malikdirlər. Amma Rusiya heç bir vəchlə belə bir məqamı qəbul edə bilmir ki, ukraynalılar və belaruslar özlərini ayrı millət kimi dərk edilər.

Politoloqlar milli identifikasiya əlamətləri arasında daim ümumi dövlətçilik əzmini də qeyd edirlər. Amma Rusiaya prezidenti bu haqda eşitmək belə istəmir. O, bunun siyasi və tarixi məqamlarını daim "unudur”: ukraynalılar ruslarla ümumi köklərdən yox, özlərinə qarşı olan genosiddən (qolodomordan!), Şərqi Ukraynada öldürülən həmvətənlərindən, Krımın işğalından və s. danışırlar.

Coğrafiya taledir. Amma bu o demək deyildir ki, Rusiyanın qonşuluğunda məskunlaşan xalqlar azadlıq və müstəqillik haqqında düşünməməlidirlər.

Postsovet ölkələrilə ümümi tarixi və mədəni köklər haqqındakı Rusiya sicilləmələri timsahların göz yaşlarından başqa bir şey deyil. 

Üstəgəl, bu insanların öz sözləridir ki, ilanla kirpini cütləşdirmək lazım deyil. Gəl, praktikada onlar bunu daim "unudurlar”.

Panslavyanizm bir ideologiya kimi üç əsrdir ki, mövcuddur. Onlardan biri hələ iki əsr bundan əvvəl yazmışdı ki, Günəş şərqdən çıxır, qərbdə batır, ona görə də Şərq və Qərb heç vaxt bir ola bilməz.

Amma Dünya öz qanunları ilə hərəkət edir. Burada əsas hansısa filosofların mücərrəd düşüncələri deyil, xalqların istəyidir. Xalqlar isə bütün digərləri kimi Rusiya ilə də sadəcə əməkdaşlıq etmək istəyirlər. Moskvadan fərqli olaraq onlar hesab etmir ki, slavyan dünyasına qarşı hansısa məkrli planlar var. Əksınə, onların düşüncəsinə görə belə planlar varsa da, onlar daha çox Kremldən gəlir, nəinki başqa ünvanlardan...