Putinin həbs oluna biləcəyi ölkələrin siyahısı

Putinin həbs oluna biləcəyi ölkələrin siyahısı

21-03-2023 21:44 / Bu xəbər 1079 dəfə oxundu

Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa məhkəməsi) Putinin həbsinə dair verdiyi order dünya mediasının əsas gündəmidir. 

Britaniya mediası yazır ki, Vladimir Putinin həbsinə dair order 123 ölkədə gerçəkləşə bilər. 

Qərara görə, Roma Statutunu imzalayan 123 ölkə Putinin həbs orderini icra etmək öhdəliyi daşıyır. 

Bu ölkələrdən 33-ü Afrikada, 19-u Asiya-Sakit okean hövzəsində, 18-i Şərqi Avropada, 28-i Latın Amerikası və Karib hövzəsində, 25-i isə Qərbi Avropada və başqa ərazilərdə yerləşir.

Putin bu 123 ölkədən hər hansı birinə gedərsə və ya təyyarə ilə bu ölkələrin üzərindən keçərsə, o, həbs edilməlidir.

Məhkəmə qərarından sonra Putin bir növ təcrid vəziyyətinə düşüb. 

Pandemiyadan bəri onsuz da Rusiyadan kənara çıxa bilməyən Putinin gedə biləcəyi yerlər bir qədər də daralıb.

Rusiya Ukraynanı işğal edəndən Putin yalnız Belarus, Tacikistan, Türkmənistan və İrana səfərə gedib.  

Bu ölkələr arasında Tacikistan da Roma Statutunu imzalayıb.

Rusiya Prezidentinin saxlanıla biləcəyi ölkələrin siyahısı: 

Albaniya, Almaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Barbados, Beliz, Benin, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Əfqanıstan, Braziliya, Bolqarıstan, Burkina Faso, Belçika, Yaşıl burun, Kamboca, Kanada, Çad, Çili, Kipr, Kolumbiya, Komor adaları, Cənubi Koreya, Fil Dişi Sahili, Kosta Rika, Xorvatiya, Danimarka, Dominikan, Ekvador, El Salvador, Slovakiya, Sloveniya, İspaniya, Estoniya, Finlandiya, Fici, Fransa, Qabon, Qambiya, Gürcüstan, Qana, Qranada, Yunanıstan, Qvatemala, Qvineya, Qayana, Honduras, Macarıstan, Eire, İslandiya, Kuk adaları, Marşal adaları, İtaliya, Yaponiya, İordaniya, Keniya, Kiribati, Lesoto, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Şimali Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Malta, Mavrikiy, Moldova, Monqolustan, Monteneqro, Meksika, Namibiya, Nauru, Nigeriya, Norveç, Yeni Zelandiya, Niger, Fələstin, Panama, Paraqvay, Hollandiya, Peru, Polşa, Portuqaliya, Birləşmiş Krallıq, Surinam, Tanzaniya, Tacikistan, Şərqi Timor, Trinidad və Tobaqo, Tunis, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Cibuti, Zambiya, Mərkəzi Afrika Respublikası, Çexiya Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominik respublikası, Rumıniya, Samoa, Saint Kitts və Nevis, San Marino, st. Vinsent və Qrenadinlər, st. Lucia, Seneqal, Serbiya, Seyşel adaları, Sierra Leone, Cənubi Afrika, İsveç, İsveçrə.