"Qara bazar"a tələbat niyə artıb? - ŞƏRH
02-09-2016 17:17 / Bu xəbər 1973 dəfə oxundu
"Ölkədə dollar təlabatı var və bu təlabat Neft Fondunun həftə ərzində iki dəfə keçirdiyi hərrac vasitəsi ilə təmin olunur. Hər dəfə dollara olan təlabat satışı 10-12 dəfə üstələyir deyə bu rəqəmlər 500- 600 və bəzən 700 milyona gəlib çıxır. Buna səbəb kimi, bir tərəfdən yerli bankların xarici banklardan götürdüyü kreditləri qaytarmaq öhdəliyidir. Eyni zamanda idxal kifayət qədər vəsait tələb edir ki, dollara təlabat da artır. Belə bir vəziyyətdə banklar dolları idxalla məşğul olan müştərilərinə tərəf yönəldirirlər və yaxud bəziləri ümumiyyətlə dolları satmaq istəmir. Mərkəzi Bankın elan etdiyi rəsmi marjal, bankları dolları daha yüksək sata bildiyi qara bazarda satışa çıxartmasına zəmin yaradır”.

Bunu ekspert Samir Əliyev bankların dollar satışı ilə bağlı Arqument.az-a açıqlamasında deyib.
Ekspert Əkrəm Həsənov da Arqument.Az-a mövcud durumu bu cür şərh edib: "Dollar satışının da dayandırılma səbəbi banklarda kifayət qədər dolların olmamasındadır. Ölkədə dollar iki mənbədən, Neft Fondu və Mərkəzi Bankdan həftə ərzində iki dəfə 100 milyon olmaqla hərraca çıxarılır. Bir sıra səbəblərə və həmçinin Mərkəzi Bankın yerli banklara kreditlər verməsi dövriyyədə olan milli valyuta kütləsini artırıb. Həmin kütlənin bir hissəsi isə dollar alğı-satqısına getdiyindən milli valyuta dollar qarşısında ucuzlaşıb. Ehtiyacı ödəyə bilməyən banklar isə ya satışı dayandırıb, ya da gün ərzində bir şəxsə 100 dollardan çox vermir. Nəticədə isə qara bazar fəallaşıb".

Həmçinin ekspert dövlət qurumları arasında olan fikir ayrılığından danışıb: "Mərkəzi Bank və Maliyyə Bazarlarından Nəzarət Palatası devalvasiyanın elan olunmasını istəmir. "MBNP-sı bilir ki, sahibkarların dollar ilə olan borcları çoxdur və bir hissəsi keredit borclarını banka ödəmir və əgər növbəti devalivasiya olsa ümumiyyətlə ödənilməyəcək. Əks tərəfdə duranlar isə Neft Fondu və Malityyə Nazırliyidir ki, onlar devalivasiyada maraqlıdırlar. Hazırki durumda Neft Fondu valyuta ehtiyatını azaltmaq istəmir. Eyni zamanda Maliyyə Nazirliyi maliyyə təhlükəsizliyinə cavabdeh olan qurum kimi valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısını almaq, eyni zamanda ilin sonu yaxınlaşdığı üçün fondun ehtiyatını rahat doldurmaq üçün manatın ucuzlaşmasında maraqlıdır. Bu problem sentyabr ayına kimi öz həllini tapacaq və belə davam edə bilməz”.
Qeyd edək ki, son günlər dollara olan təlabatının tam ödənilməməsi və Mərkəzi Bankın məzənnə norması qara bazara olan təlabatı artırıb.
İqrar Qurbanzadə












