"Qarabağ" Avropa liqasında ilk qələbəsini qazandı
04-10-2019 12:16 / Bu xəbər 2515 dəfə oxundu
"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olub.
Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 11-ci dəqiqədə Abdullah Zubir açıb. 30-cü dəqiqədə Miçel fərqi artırıb.
Bundan sonra görüşün keçirildiyi "Jozi Bartel" stadionunda erməni təxribatı baş verib.
Arena üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı sallanıb.
Buna "Qarabağ"ın futbolçuları və azarkeşlər kəskin etiraz ediblər. Oyunda 15 dəqiqədən çox fasilə yaranıb.