“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldu
04-06-2015 00:21 / Bu xəbər 2148 dəfə oxundu
Qəbələdə Azərbaycan Kubokunun final oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, həlledici görüşdə "Qarabağ” "Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 5-ci dəqiqədə cərimə zərbəsindən Reynaldo açıb. 39-da Reynaldo dubl edib. İkinci hissədə Ernest Nforun səyləri nəticəsində "Neftçi” 77-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Lakin "flaqmanın bundan artığına gücü çatmayıb. Əvəzində Muarem Muarem 84-cü dəqiqədə Neftçini 3-cü dəfə məyus edib.
"Qarabağ” 3:1 Neftçi”.
Beləliklə, "Qarabağ” bu mövsüm Azərbaycan çempionatı və Kubokunda qalib gələrək "qızıl dubl edib.
Arqument.Az












