“Qarabağ” “Qalatasaray”a uduzub

“Qarabağ” “Qalatasaray”a uduzub

26-03-2023 22:38 / Bu xəbər 1388 dəfə oxundu

Yoldaşlıq matçında qapılara üç qol vurulub

"Qarabağ” komandası martın 26-da Türkiyənin "Qalatasaray” klubu ilə xeyriyyə oyununda üz-üzə gəlib.

Saat 20:00-da başlayan qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib. İstanbul təmsilçisinin heyətində yoldaşlıq matçında Mauro İkardi, Xuan Mata, Nikolo Zaniolo, Bafetimbi Qomis kimi tanınmış futbolçular da meydana çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyevin də stadiondan izlədiyi oyunda Türkiyə klubu 2:1 hesabı ilə qələbə qazanıb. 

Qarşılaşmada qolları "Qarabağ”dan Redon Cica, "Qalatasaray”dan isə Bafetimbi Qomis və Mauro İkardi vurub.

Oyundan əldə olunan bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.