“Qarabağ” – “Rudar” - matç başladı- YENİLƏNİB

“Qarabağ” – “Rudar” - matç başladı- YENİLƏNİB

15-07-2015 21:42 / Bu xəbər 2517 dəfə oxundu

Bu gün UEFA Çemopionlar Liqasının ikinci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun "Rudar” klubunu qəbul edəcək "Qarabağ”ın oyununa artıq 3 saatdan bir az artıq vaxt qalır. 

"Qafqazinfo” xəbər verir ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış komandamız bu il qitənin 1 nömrəli klub turnirinin qrupuna vəsiqə qazanmağa iddialıdır.

Artıq oyuna 20 minə yaxın bilet satılıb və satılmaqda davam edir. Bu oyun ətrafında maraq böyükdür.

Heyətlər: 

"Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Dani Kintana, Riçard Almeyda, Al Harbi Jedayui, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Azər Salahlı, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, İlqar Qurbanov, Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Rudar”: Radanoviç, Curiç, Nesteroviç, Jivkoviç, İovanoviç, Radisiç, Knejeviç, Brnoviç, Blaxoviç, Vukoviç, İvanoviç

Ehtiyat oyunçular: Lazaroviç, Qordiç, Tomaşeviç, Qoluboviç, Soppo, Relyiç, Damyanoviç

Baş məşqçi: Mirko Mariç

Baş hakim: Sebastyan Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (hamısı Rumıniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Arqument.Az