“Qarabağ" "Seltik"ə uduzdu

“Qarabağ

30-07-2015 02:16 / Bu xəbər 2240 dəfə oxundu

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan "Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik” klubu ilə qarşılaşacaq. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyir.

"Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq.  Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmalıdır ki,  Bakıda keçiriləcək cavab matçında mərhələ adlamaq şanslarını saxlasın.

Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.