“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi
18-12-2023 18:48 / Bu xəbər 2782 dəfə oxundu
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki növbəti rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi Portuqaliya klubu "Braqa” ilə qarşılaşacaq.
İki komanda arasında ilk görüş gələn il fevralın 15-də səfərdə reallaşacaq.
Qurban Qurbanovun yetirmələri fevralın 22-də isə Bakıda cavab qarşılaşmasına çıxacaqlar.
"Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub, Portuqaliya təmsilçisi isə UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutub.