“Qarabağ”ın iki oyununa azarkeş buraxılmayacaq
07-01-2025 20:50 / Bu xəbər 112 dəfə oxundu
"Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.
Bu barədə klubun açıqlamasında bildirilib.
Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz”, 12-i isə "Zirə” ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.
Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək və matçların canlı yayınlanması nəzərdə tutulmur.