Qərbin sanksiyası altında olan rus general-leytenant öldürüldü
11-07-2023 13:18 / Bu xəbər 1278 dəfə oxundu
Rusiyalı general-leytenant Oleq Tsokov Berdyansk vilayətində öldürülüb.
"Qaynarinfo" xəbər verir ki, bu barədə Ukraynanın Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.
Tsokov 2022-ci ilin avqust ayından Smolenksdə dislokasiya olunan 144-cü Qvardiya motoatıcı diviziyanın komandiri vəzifəsində çalışıb.
General-leynetant rütbəsi ona 2023-cü ildə təqdim edilib.
Rusiyanın Ukraynanın işğalı ilə əlaqədar o, Ukrayna şəhərlərinə raket hücumlarında iştirak etdiyi üçün Ukrayna, Böyük Britaniya, Yeni Zelandiya və bütün Aİ ölkələrinin sanksiya siyahısına daxil edilib.