"Azərbaycanın ən istedadsız yazıçısı mənəm" - Zahir Əzəmət

"Azərbaycanın ən istedadsız yazıçısı mənəm"  - Zahir Əzəmət

14-01-2014 12:28 / Bu xəbər 2211 dəfə oxundu

“Aktual.az” yeni bir layihəyə başlayır: "Facebook"da tezbazar".

Bu layihədə müsahiblər suallara tezbazar cavab verməlidirlər. İlk qonağımız yazar Zahir Əzəmətdir:

- Nə işlə məşğulsunuz?

- Hazırda sənə müsahibә verirәm.

- İndi nə yazırsınız?

- Heç nə yazmırdım. "Facebook"da idim və sən suallarını atdın.

- Azərbaycan ədəbiyyatında bir nömrəli yazıçı və ya şair kimdir? 

- İki nömrәlinin qabağındakı.

- Yaxşı, Azərbaycanın ən istedadsız yazıçısı kimdir? 

- Azərbaycanın ən istedadsız yazıçısı mənəm.

- On-on beş yazarın arasında öz adınız var?

- Əsla görmürəm... Yox.

- Neçə yaşınız var? 

- Qırxım çıxıb.

- Özünüzü gənc yazar hesab edirsiniz?

- Hesabdan çox zəifəm. 

- Öz haqqınızda nə düşünürsünüz?

- Qardaşoğlu, sən "Facebook"san?

- Yox.

- Oldu onda.

- Sağ ol əmi.

- Sağ ol.

Tural Balabəyli/Aktual.az