"Bir şeirə hamiləyəm" - Əsəd Qaraqaplan

"Bir şeirə hamiləyəm"   - Əsəd Qaraqaplan

05-01-2015 02:41 / Bu xəbər 3728 dəfə oxundu

Arqument.Az kult.az-a istinadən Əsəd Qaraqaplanın yeni şeirini təqdim edir:

bir şeirə hamiləyəm
nə vaxt doğacam, bilmirəm
ya doğub rahatlayacam
ya da boğacam, bilmirəm.

o gün də bir şair öldü
mən də bir az ölüb getdim
indi bilmirəm ya daşam
ya da ağacam, bilmirəm.

nə doğacam - günü gəlsə
ölüm də bir gün gələcək
dünyaya sığmadığımda
nəyə sığacam, bilmirəm.

keçəcəm, keçib gedəcəm
içəcəm, içib gedəcəm
biryolluq köçüb gedəcəm...

ölüm uşaqlığın sonu
qocalığın başlanğıcı
mən doğduğum o şeirdən
şair çıxacam, bilmirəm...