"Bu qədər uzaq olmağa gərək var idimi, ağa?!" - Əsəd QARAQAPLAN
20-01-2015 15:20 / Bu xəbər 2542 dəfə oxundu
ya bə, Tanrım, nədən bir gün
məni tərk eyləyib getdin?!
bir sevgiyə urcah edib
yaşarsan, söyləyib getdin?!
heç baxmadın yazıq yetim
ayrılıqlar içrə itib
sevdikcə azalıb, bitib
öldürdün, neylədin, getdin?!
bu qədər uzaq olmağa
gərək var idimi, ağa?!
məni qabağa salmağa
min dəfə əylədin, getdin?!
mən daha ölməyə belə
sevmək istəmirəm elə
sevigiyə yoxluğun ilə
sən məni öyrədib getdin...












