Qurbanov: “Aşağıda qırğındır”
19-04-2023 14:28 / Bu xəbər 2129 dəfə oxundu
PRO kateqoriyalı məşqçi Sənan Qurbanov yeni işlə təmin olunub.
O, AFFA-da gənc futbolçuların inkişafına məsul şəxslərdən biri kimi fəaliyyət göstərməyə başlayıb.
Bu barədə Qurbanov "Qaynarinfo"ya açıqlama verib.
Yeni işi haqda danışan "Şamaxı”nın keçmiş məşqçisi Premyer Liqada kimin çempion olacağına dair fikir də səsləndirib:
"AFFA-da gənclərin inkişafı ilə bağlı işdir. Məni də dəvət ediblər. Həmişə demişəm ki, futbolumuza hər hansı faydam dəyəcəksə, hər zaman bu yöndə iş görməyə hazıram. Akademiyalarda, gənclərdən ibarət komandalarda hansısa tövsiyələr vermək və iştirak etməyə, ideyalar verməyə hazıram. Koordinatorlarla görüşürəm, təcrübəmi bölüşürəm. Amma məşq keçmirəm. Ramin Quliyev də mənimlə birlikdədir. Klublardan təkliflər yoxdur. Qazaxıstanla bağlı söhbətlər vardı, amma ortada ciddi heç nə yoxdur. Rəsmi təklif olmayıb”.
Qurbanov çempionatla bağlı bunları deyib: "Premyer Liqa sona yaxınlaşır. Yəqin ki, "Qarabağ” çempion olacaq. 4-cü pillə uğrunda "Qəbələ” ilə "Zirə” yaxşı mübarizə aparır. Aşağı pillələrdə də qırğındır. Rəqiblər bir-birinə yaxınlaşır”.