Rusiyada Kasparovun həbsinə qərar verildi

Rusiyada Kasparovun həbsinə qərar verildi

25-04-2024 13:55 / Bu xəbər 1836 dəfə oxundu

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov "terror icması” yaratmaqda ittiham olunublar.

Komi məhkəməsi onları qiyabi həbs edib.

Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçısı və keçmiş deputatı "terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi başlanıb.

İttihamın təfərrüatı açıqlanmır. (Mənbə: meduza.io)