Sabir Rüstəmxanlı ilə Əkrəm Əylisli üz-üzə gəldi
18-05-2015 15:48 / Bu xəbər 2386 dəfə oxundu
Gənc şair Şəhriyar del Geraninin yeni çap olunmuş "Darıxmağın adı" kitabının təqdimatı zamanı Əkrəm Əylisli ilə Sabir Rüstəmxanlı arasında mübahisə baş verib.
Moderator.az-ın məlumatına görə, Əkrəm Əylislinin tədbirdəki çıxış zamanı "Məni sevməyənin Azərbaycan sevgisi saxtadır" fikri narazılığa səbəb olub. Sabir Rüstəmxanlı durduğu yerdən replika verərək "Səni sevməyənin Azərbaycan yox, Ermənistan sevgisi saxta ola bilər" deyib. Sabir Rüstəmxanlı Əkrəm Əylislinin demaqoqluqda da ittiham edib.
Arqument.Az












