Saleh Məmmədovun şirkətlərinin milyonlarla vergi borcu var

Saleh Məmmədovun şirkətlərinin milyonlarla vergi borcu var

07-01-2024 01:52 / Bu xəbər 1311 dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan strukturların dövlətə milyonlarla manat borcu yaranıb. 

"Qaynarinfo" xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən MMC-lərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə milyonlarla vergi borcu var. 

"2 №-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 416.866,36 manat;
"3№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 4.254.547,50 manar; 
"7№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 109.561.99 manat;
"23 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətin - 116.388,31 manat;
"54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 130.272,11 manat;
"55 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 257.021,84 manat.

Qurumun tabeçiliyində olan digər MMC-lərin də borclarının olması istisna edilmir. 

Maraqlıdır ki, hər il dövlət büdcəsindən milyonlarla manat vəsait alan MMC-lər dövlətin vergi borcunu niyə ödəmir?