Sən Allah ol, mən elçiyəm... - Aydın Canıyev
08-01-2015 21:51 / Bu xəbər 3004 dəfə oxundu
Arqument.Az tanınmış jurnalist Aydın Canıyevin "Sən Allah ol, mən elçiyəm..." şeirini təqdim edir:
Sən Sağ ol,
Mən solçuyam.
Sən dağ ol,
Mən yolçuyam.
Budaq ol,
Ya yarpaq ol,
Sən bağ ol,
Mən gülçüyəm.
Ürək ol,
Ya istək ol,
Çiçək ol,
Mən balçıyam.
Təmiz ol,
Ən əziz ol,
Sən söz ol,
Mən dilçiyəm.
Uzaq ol,
Uca haqq ol,
Allah ol,
Mən elçiyəm.












