“Sevilya” Avropa Liqasının qalibi olub
01-06-2023 03:47 / Bu xəbər 1795 dəfə oxundu
İspaniya klubu final oyununda "Roma”nı məğlub edib
Mayın 31-də UEFA Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Final matçında İspaniyanın "Sevilya” klubu ilə İtaliya təmsilçisi "Roma” üz-üzə gəlib.
Turnirin rekordçusu olan "Sevilya” bu matçadək keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarmışdı. "Roma” isə yalnız 1991-ci ildə finala çıxaraq, həlledici görüşdə İtaliyanın digər komandası "İnter”ə məğlub olmuşdu.
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena”da keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. 1:1 hesabı görüşün əlavə vaxta uzanmasına səbəb olub. Oyuna əlavə edilən yarım saatda da qalibin adına aydınlıq gəlməyib. Belədə, penaltilər seriyasına ehtiyac duyulub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Sevilya” UEFA Avropa Liqasının qalibi olub.