Şolts Ukraynaya NATO sülhməramlılarının göndərilməsinin əleyhinədir
28-03-2022 17:30 / Bu xəbər 3370 dəfə oxundu
Almaniya Ukrayna səmasının qapadılmasını dəstəkləmir.
Berlin Ukraynaya NATO sülhməramlılarının göndərilməsinin də əleyhinədir.
Bu mövqeyi kansler Olaf Şolts ifadə edib.
ARD kanalına müsahibə verən kansler Almanyanın Ukraynaya kömək üçün hər şey etdiyini bildirib.
O hesab edir ki, bunun əsas aləti Rusiyaya qarşı sanksiyalardır.
"Biz orada, hətta sülhməramlı missiya adlandırılsa da, hərbi sahədə fəaliyyət göstərməyəcəyik. Biz orada uçuşsuz zona yaratmayacağıq”, - TASS verdiyi xəbərə görə, Şolts belə deyib.
NATO-nun Ukraynaya sülhməramlı missiya göndərməsi təklifini bir neçə gün əvvəl Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski səsləndirib.
Alyansın Baş katibi Yens Stoltenberq bu təklifi rədd edib. Bununla belə, polşalılar öz təkliflərindən vaz keçmirlər.