Statistika Komitəsi: İllik inflyasiya 14 %-ə yaxınlaşıb

Statistika Komitəsi: İllik inflyasiya 14 %-ə yaxınlaşıb

12-11-2022 14:03 / Bu xəbər 943 dəfə oxundu

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Bildirilir ki, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub.