Sülhməramlıların zabiti Şuşada minaya düşdü, öldü

Sülhməramlıların zabiti Şuşada minaya düşdü, öldü

19-12-2020 00:38 / Bu xəbər 775 dəfə oxundu

Rusiyalı zabit hospitala aparılarkən ölüb

Şuşada Rusiya sülhməramlılarının zabiti minaya düşərək həlak olub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Zabitin adı qeyd olunmasa da, hadisənin dekabrın 17-də baş verdiyi bildirilib:

"Zabitə təcili tibbi yardım göstərilsə də, o, hospitala aparılarkən ölüb. Hadisə zamanı Beynəlxalq Minalar Əleyhinə Mərkəzin başqa bir zabiti isə ağır yaralanıb”.

Meydan.Tv