Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vuraraq öldürdü

Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vuraraq öldürdü

23-04-2023 14:42 / Bu xəbər 974 dəfə oxundu

Lerikin Tikəband kəndində bir ailənin 4 üzvünün elektrik cərəyanı vurarması nəticəsində öldüyü bildirilir.

Bu barədə Lerik Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi açılıb. 

Lerik Rayon İcra Hakimiyyətindən məlumatı "Arqument.az"a təsdiqləyiblər. 

Bildiriblər ki, hadisə ilə bağlı rayon prokurorluğunda ibtidai istintaq aparılır, əlavə məlumat veriləcək.
 
Kamilə