Taleh Heydərovun klubundan şikayət

Taleh Heydərovun klubundan şikayət

01-07-2015 15:55 / Bu xəbər 2308 dəfə oxundu

Ukraynalı baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra "Qəbələ”dən göndərilən rumıniyalı hücumçu Andrey Kristea klubdan FİFA-ya şikayət edə bilər.

"Qafqazinfo” xəbər verir ki, eks-baş məşqçi Dorinel Muntyanunun komandaya gətirdiyi və onun gedişindən sonra qovulan futbolçuya "qırmızı-qaralar”ın hələ də borcu var.

Futbolçu özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: ""Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.

Qeyd edək ki, Andrey Kristea "Qəbələ”yə 2014-cü ilin yayında gəlib və elə həmin ilin son ayında da klubdan ayrılıb. O, əyalət klubunun heyətində 8 oyunda meydana çıxmışdı və fərqlənə bilməmişdi.

Arqument.Az