Taxta bazarında yanğın başlayıb
22-08-2019 16:38 / Bu xəbər 1296 dəfə oxundu
FHN III çağırış elan edib
Hazırda paytaxtın Nərimanov rayonu, Baksol yolu yaxınlığındakı "Dərnəgül” tikinti materialları bazarında yanğın başlayıb.
Yanğın bazarın əsasən taxta materialları satılan hissəsini əhatə edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri yanğının söndürülməsi üçün əraziyə cəlb olunub.
Məlumatı FHN yayıb.
Baku.ws artıq ərazidə III çağırışla yanğınsöndürənlər və canlı qüvvə cəlb edildiyini qeyd edib: "Yanğının söndürülməsi istiqamətində işlər aparılır”.
meydan.tv