Bakı-Quba yolunda qəza: 6 nəfər öldü

Bakı-Quba yolunda qəza: 6 nəfər öldü

15-12-2022 12:17 / Bu xəbər 674 dəfə oxundu

Yaralıların olduğu bildirilir

Bakı-Quba yolunun 98-ci km-də – Sizyəzən rayonu ərazisindən keçən hissəsində – yol-nəqliyyat hadisəsi baş verib. 

"Mersedes Vita”markalı avtomobillə yük maşını toqquşub. 

Daxili İşlər Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, hadisə nəticəsində ölənlər və yaralılar var.

"Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür”, – nazirlikdən bildirilib.

İlkin məlumata görə, 6 nəfər hadisə yerində ölüb. Onlardan biri "Mercedes Vita”nın sürücüsüdür.