Ukraynanın FİFA və UEFA-dan tələbi: Rusiya üzvlükdən çıxarılsın!
25-06-2023 13:44 / Bu xəbər 2890 dəfə oxundu
Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının FİFA və UEFA-ya üzvlükdən azad edilməsini tələb edir.
Xəbər UAF-ın rəsmi saytında yayılıb.
Bildirilir ki, assosiasiya bununla bağlı ali və Avropa futbol qurumlarına çağırış edib.
Qərar İcraiyyə Komitəsinin son iclasında qəbul olunub. Bu addım Rusiyanın Ukraynada işğal etdiyi yeni ərazilərdən olan futbol klublarının yerli yarışlara inteqrasiyası ilə əlaqədar atılıb.
Daha əvvəl UEFA Krım klublarının Rusiya Futbol İttifaqının keçirdiyi turnirlərdə iştirakına qadağa qoyub.
Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin komandaları beynəlxalq yarışlardan uzaqlaşdırılıb.