“Venom: Sonuncu Rəqs”in Bakıda xüsusi nümayişi olub
30-10-2024 01:31 / Bu xəbər 504 dəfə oxundu
"Park Cinema Flame Towers” kinoteatrında ABŞ istehsalı olan "Venom: Sonuncu Rəqs” filminin xüsusi nümayişi keçirilib.
Tədbirdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Öncə ənənəvi olaraq "Park Cinema” tərəfindən "Marvel” pərəstişkarları üçün xüsusi şou təqdim olunub.
Daha sonra tamaşaçılar filmi IMAX formatında izləyiblər.
Venomun son sərgüzəştlərinə həsr olunan filmin rejissoru Kelli Marseldir. Baş rola aktyor Tom Hardi çəkilib. Rolları Ris İvans, Endi Serkis və başqaları yaradır.
Venomun sonuncu filmini türk, ingilis və rus dillərində "Park Cinema” şəbəkəsinin "Park Bulvar”, "Metro Park” və ya "Alov Qüllələri” filiallarında izləmək mümkündür.
Hazırda "Park Cinema” kinoteatrlar şəbəkəsində hər çərşənbə axşamı filmlər cəmi 4 AZN-dən, bar məhsullarına isə 50%-dək endirim kampaniyası davam edir.
Ülviyyə